Ehtiyat kadr siyahısından cəlb edilmiş kadrlar

Azərbaycan Respublikası Maliyyə Nazirliyində vakant olan inzibati vəzifələrin tutulması üçün mütəmadi olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (2016-cı ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada) mövcud olan ehtiyat kadr siyahısındakı şəxsləri cəlb edir. Belə ki, dövlət qulluğuna qəbul üçün keçirilmiş  müsabiqələrdə uğur qazanmış, lakin müvafiq vəzifəyə təyin olunmamış şəxslər həmin Ehtiyat kadr siyahısına daxil edilirlər. Hal-hazırda Maliyyə Nazirliyində ehtiyat kadr siyahısından cəlb edilmiş 46 nəfər şəxs çalışır. Onlardan 25-i Nazirliyin aparatında, 21-i isə Nazirliyin dövlət agentlik və xidmələrində, yerli bölmələrində dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qulluğuna qəbul olunmuşlar.