Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Maliyyə Nazirliyində Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı ilə görüş keçirilib

Maliyyə Nazirliyində Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı ilə görüş keçirilib

01.06.2018

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iyunun 1-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Söhbət zamanı Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə məlumat verilib, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə, eləcə də enerji və tranzit imkanlarının əhəmiyyəti qeyd olunub, Azərbaycanın əsas ticarət tərəfdaşı kimi quruma üzv ölkələrlə mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə maliyyə və büdcə idarəetməsi istiqamətində əməkdaşlıq, texniki və maliyyə yardımları, Avropa İttifaqı tərəfindən dəstəklənən layihələr, eləcə də gələcək qrant proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.