Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Maliyyə naziri Samir Şərifov Fransanın Avropa və xarici işlər naziri ilə görüşüb

Maliyyə naziri Samir Şərifov Fransanın Avropa və xarici işlər naziri ilə görüşüb

27.05.2018
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov mayın 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, qazanılan sosial-iqtisadi uğurlar barədə qonağı məlumatlandıran Samir Şərifov Azərbaycanın Fransa ilə münasibətlərə böyük önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynadığını vurğulayıb.

Hazırda iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyini bildirib.

Öz növbəsində Jan İv Lö Drian Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayaraq xüsusiylə kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə geniş perspektivlər olduğunu qeyd edib.

Görüşdə cari ildə prezident İlham Əliyevin Parisə gözlənilən səfəri ərəfəsində Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti toplantısının keçirilməsinin vacibliyi vurğulanıb.
Bundan başqa, tərəflər iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, enerji, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrində əməkdaşlığa dair məsələlər ətrafında müzakirələr aparıb, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub.
 

Maliyyə Nazirliyinin mətbuat xidməti