Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Maliyyə Nazirliyində Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib

Maliyyə Nazirliyində Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib

25.05.2018
25 may 2018-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyində 28 May – Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin parlaq səhifələrindən biri kimi əbədi yer tutduğu bildirilib. Çıxış edənlər qeyd ediblər ki, müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi, həyata keçirilən mühüm islahatlar və uğurlu xarici siyasət nəticəsində Azərbaycan Respublikası mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.

Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənir, müstəqilliyimizin əbədiliyi, dövlətimizin hərtərəfli yüksəlişi təmin edilir.

Tədbirdə çıxış edən tarixçi Fərhad Cabbarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, 23 aylıq fəaliyyəti dövründə qazanılan nailiyyətlərdən, həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs edib.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filminin nümayişi ilə başa çatıb.