Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Maliyyə naziri Samir Şərifov Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktorunu qəbul edib

Maliyyə naziri Samir Şərifov Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktorunu qəbul edib

18.12.2017

 Dekabrın 18-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi davamlı dəstək yüksək qiymətləndirilib, Azərbaycanla Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin uğurlu əməkdaşlığı, o cümlədən qurumun ölkəmizdə həyata keçirilən bir sıra mühüm investisiya layihələrinə, eləcə də “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək qeyd olunub.
Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən xanım Keiko Honda etibarlı tərəfdaşlar kimi Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.