Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə melumatı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə melumatı

14.11.2017

14 noyabr 2017-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106002642 ISIN kodlu, tədavül müddəti 1092 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.

AZ0106002642 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 20.2 milyon manat təşkil etmişdir.

Maliyyə Nazirliyi tərəfindən 10.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 109.3694(gəlirlilik 12.5999%) səviyyəsində müəyyən edilmişdir.

İstiqrazların ödəmə müddəti 10 noyabr 2020-ci ildir.