• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Azərbaycan və Surinam maliyyə nazirləri arasında görüş keçirilmişdir

Azərbaycan və Surinam maliyyə nazirləri arasında görüş keçirilmişdir

15.09.2017

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Bakıda səfərdə olan Surinam Respublikasının maliyyə naziri Jilmor Hoefdrad arasında görüş keçirilmişdir.
Surinam Respublikasının maliyyə-iqtisadi vəziyyəti barədə məlumat verən J.Hoefdrad dünya əmtəə bazarlarında qiymətlərin enməsi nəticəsində ölkəsinin üzləşdiyi çətinliklərdən bəhs etmiş, bir sıra sahələrdə Azərbaycanın təcrübəsinin onlar üçün maraqlı olduğunu ifadə etmişdir.
Öz növbəsində S.Şərifov qlobal böhranın, əmtəə məhsullarının, xüsusiylə neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatında yaratdığı mənfi fəsadlara rəğmən prezident İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitliyin bərqərar olunması, bank sektorunda həyata keçirilən sağlamlaşdırma və köklü restrukturizasiya tədbirləri, büdcə yığcamlaşdırılması və maliyyə intizamının daha da gücləndirilməsi, investisiya və işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. O eyni zamanda, ölkə prezidentinin müəyyən etdiyi strateji xəttə uyğun olaraq iqtisadiyyatın postneft dövrünə hazır olmasının vacibliyini nəzərə alaraq, ölkə iqtisadiyyatının sürətlə şaxələndirilməsi və inklüziv iqtisadi artımın təmin edilməsinin hazırda qarşıda duran əsas çağırış olduğunu vurğulamışdır.
Görüş zamanı beynəlxalq maliyyə təşkilatlarında birgə fəaliyyət və əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.