• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Azərbaycan Respublikasının Milli Məclisi 2017-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiq etmişdir

Azərbaycan Respublikasının Milli Məclisi 2017-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiq etmişdir

30.06.2017

 Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2017-ci il tarixində keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında 2017-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunmuşdur.
Müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur.
Dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 511,0 mln. manat artırılaraq 16766,0 mln. manata, xərclər isə 1041,0 mln. manat artırılaraq 17941,0 mln. manata çatdırılacaq. 2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin kəsiri 530,0 milyon manat artırılaraq 1175,0 milyon manat səviyyədə proqnozlaşdırılır. Kəsirin artımı dövlət büdcəsinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcəkdir.
Dövlət büdcəsinə əlavə daxilolmaların Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci ilin maliyyə nəticələrinə görə əldə edilmiş mənfəətindən ayırmalardan Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğun olaraq tətbiq olunan sanksiya və cərimələrin həddinin artırılması və beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payından formalaşan gəlirlər üzrə proqnozlaşdırılan daxilolmalardan, büdcə təşkilatlarının əlavə büdcədənkənar gəlirlərindən, həmçinin 2017-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından təmin edilməsi nəzərdə tutulmuşdur.
Yenidən baxılma zamanı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi məqsədi ilə müvafiq xərclərin, lisenziyası ləğv edilmiş banklarda əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması məqsədi ilə Fondun nizamnamə kapitalının, avtomobil və dəmir yolunun, elektrikpaylayıcı şəbəkələrinin, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması və digər layihələr ilə bağlı beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan tərəfinin iştirak payının, həmçinin xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, Azərbaycan Respublikasının şəhər və rayonlarında yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı maliyyə təminatının yaradılması, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsil müəssisələrinin saxlanılması xərclərinin və bir sıra zəruri xərclərin tənzimlənməsi nəzərdə tutulur.
Dəyişiklikdən sonra 2017-ci il icmal büdcənin gəlirləri 22840,9 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2820,2 mln. manat və ya 14,1 faiz çoxdur. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəriciyə nisbətən 3,7 faiz və ya 1051,0 mln. manat artırılaraq 29818,2 mln. manata çatdırılması nəzərdə tutulur.
Müzakirələrdən sonra «Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu Milli Məclisi tərəfindən yekdilliklə qəbul edilmişdir.