• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Cənub Qaz Dəhlizi” şirkətinin dövlət zəmanətli istiqrazları beynəlxalq bazarlarda uğurla yerləşdirilmişdir***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsi haqqında Qanununa edilmiş dəyişiklikləri imzalamışdır***

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətin payı artırılmışdır

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətin payı artırılmışdır

28.01.2017

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nizamnamə kapitalında dövlətin payı 54,96 faizdən 76,73 faizədək artırılmışdır. Bu artım Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2016-cı ilin dekabr ayında Bankın nizamnamə kapitalının 600 milyon manat məbləğində artırılması ilə əlaqədar sonuncu səhm buraxılışının 2017-ci ilin yanvar ayının 26-da qeydiyyata alınmasının nəticəsi olmuşdur.

Maliyyə Nazirliyi bildirir ki, Bankın maliyyə vəziyyətinin sağlamlaşdırılması məqsədilə ““Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş bütün zəruri tədbirlər 2017-ci ildə də davam etdiriləcəkdir.

Bu tədbirlərə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli kreditlərinin qalan hissəsinin satın alınması prosesinin başa çatdırılması, 2016-cı il üzrə maliyyə hesabatlığı nəzərə alınmaqla banka ehtiyac yarandıqca əlavə kapital dəstəyinin verilməsi, habelə bunlarla məhdudlaşmayan digər tədbirlər daxildir.

Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə birlikdə yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsi üzrə zəruri addımlar atır və bu barədə əlavə məlumat veriləcəkdir.