• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Cənub Qaz Dəhlizi” şirkətinin dövlət zəmanətli istiqrazları beynəlxalq bazarlarda uğurla yerləşdirilmişdir***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsi haqqında Qanununa edilmiş dəyişiklikləri imzalamışdır***

Azərbaycan Hökuməti və Dünya Bankı arasında TANAP layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanmışdır

Azərbaycan Hökuməti və Dünya Bankı arasında TANAP layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanmışdır

16.01.2017

16 yanvar 2017 – il tarixində Azərbaycan Respublikası Hökuməti, Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti (CQD) və Dünya Bankı arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanmışdır.
400 milyon ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin Baş direktoru Əfqan İsayev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mercy Tembon, kredit müqavinə dair zəmanət sazişi isə Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və xanım Mercy Tembon arasında imzalanmışdır.
Maliyyə naziri Samir Şərifov imzalanma mərasimində bildirmişdir ki, beynalxalq maliyyə qurumları ard-arda Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün dəstək verir və bu, dünya miqyasında Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinə inam və etibarının bariz nümunəsidir. Nazir xatırlatmışdır ki, Dünya Bankından başqa, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən də müvafiq maliyyə dəstəkləri təsdiqlənmişdir: “Prezident İlham Əliyev layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulamışdır. Bu layihənin reallaşdırılmasında aparıcı qüvvə məhz Azərbaycan Respublikasıdır”.
Nazir Cənub Qaz Dəhlizi layihəsinin iqtisadi və kommersiya cəhətdən də çox səmərəli olduğunu qeyd edərək bu istiqamətdə bir sıra investorlarla da iş aparıldığını xatırlatmışdır. “Dünya Bankından və digər mənbələrdən cəlb olunan kreditlər gələcəkdə bu layihədən əldə ediləcək gəlirlər hesabına Cənub Qaz Dəhlizi Şirkəti tərəfindən ödəniləcək. Buna baxmayaraq, layihənin tezliklə icra olunmasını nəzərə alaraq hökumət tərəfindən kredit sazişinə zəmanət verilir”.
Dünya Bankının regional direktoru Mercy Tembon isə Dünya Bankı və Azərbaycanın heyətlərinin aylar ərzində apardıqları gərgin işinin nəticəsi olaraq TANAP üzrə hüquqi sazişlərin imzalamasından məmnunluqlarını ifadə etmişdir: “Biz əminik ki, bu layihə ölkənin regional ticarətdə rolunu və rəqabət qabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək”. Xanım Tembon bu əməkdaşlığın onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd edərək, etibarlı tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə etmişdir.
Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir. Layihədə iştirak edən bütün ölkələr üçün Cənub Qaz Dəhlizinin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı ilə birgə maliyyələşdirən Asiya İnfrastruktur İnvestisiya Bankı bu layihəni dəstəkləyir.
Qeyd etmək lazımdır ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.