Dövlət Maliyyə Nəzarəti Xidməti - Regional Maliyyə Müfəttişlikləri
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin strukturuna Xidmətin mərkəzi aparatı və Respublikanın on şəhər və rayonlarında yaradılmış Regional maliyyə müfəttişlikləri daxildir, o cümlədən:
1 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Sumqayıt şəhəri, Abşeron, Xızı, Qobustan, Qubadlı, Şuşa və Zəngilan rayonları).
2 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Xaçmaz, Şabran, Quba, Qusar, Siyəzən rayonları).
3 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Gəncə şəhəri, Daşkəsən, Goranboy, Göy-Göl, Kəlbəcər və Samux rayonları).
4 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Cəlilabad, Astara, Biləsuvar, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları).
5 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonları).
6 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Yevlax, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Bərdə, Xocalı və Tərtər rayonları).
7 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Şirvan şəhəri, Cəbrayıl, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonları).
8 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz rayonları).
9 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Göyçay, Ağdaş, Ağsu, İsmayıllı, Kürdəmir, Şamaxı və Ucar rayonları)
10 saylı Regional maliyyə müfəttişliyi (əhatə zonası: Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd, İmişli, Laçın və Zərdab rayonları).