AİB ilə Azərbaycan arasında Bankın Rəhbərlər Şurasının 2015-ci ildə illik iclasının Bakı şəhərində keçirilməsinə dair Memorandum imzalanmışdır***** “Büdcədən maliyyəşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilmişdir****

Xəbərlər

17.05.2013

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti regionlarda əhalinin sığorta üzrə maarifləndirmə işlərini davam etdirir. Həyata keçirilən təbliğat və təşviqat tədbirlərinin davamı olaraq, 2012-ci il 20 may tarixindən etibarən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşlarının respublakanın 21 şəhər və rayonunda yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının, büdcə təşkilatlarının və əhalinin iştirakı ilə icbari sığorta sahəsində maarifləndirmə xarakterli görüşlərin keçirməsi nəzərdə tutulur. 

15.05.2013

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nın 5.1-ci bəndinə əsasən ictimai əhəmiyyətli qurumlardan aşağıdakılar tələb olunur:

14.05.2013

Dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 2013- cü il 13 may tarixində Xaçmaz və Oğuz rayonlarında “Beynəlxalq mühasibat uçotunun əsasları” üzrə təlimlərə start vermişdir. 

13.05.2013

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

13.05.2013

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nın 5.1-ci bəndinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından aşağıdakılar tələb olunur:

07.05.2013

 

2-5 May 2013-cü il tarixlərində Hindistanın paytaxtı Dehli şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 46-cı İllik Toplantısı keçirilmişdir.
“İnkişafa təkan verək” devizi altında keçirilən illik toplantının əsas mövzusu inkişaf etməkdə olan Asiya regionunun hərtərəfli və yüksək tərəqqisinə nail olmaqdır. Mayın 4-də İllik Toplantının rəsmi açılış mərasimində Hindistan Respublikasının Baş naziri Manmohan Sinqh və AİB-nin yeni prezidenti Takehiko Nakao çıxış etmişdir.

06.05.2013

2013-ci il 06 may tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Maliyyə Nazirliyi sistemində çalışan gənc maliyyəçilərin konfransı keçirilmişdir.

03.05.2013

2013-ci il 2-5 may tarixlərində Hindistanın paytaxtı Dehli şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 46-cı İllik Toplantısı keçiriləcək. Toplantıda Azərbaycan Respublikasının maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edəcək.

01.05.2013

 2013-ci il 01 may tarixində Azərbaycanın Respublikasının Maliyyə Nazirliyində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

24.04.2013

 Maliyyə Nazirliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar aprelin 24-də Heydər Əliyev Fondunda olmuşlar.