• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
Minister of Finance of the Republic of Azerbaijan Samir Sharifov made a business visit to the Islamic Republic of Pakistan, the United Arab Emirates (UAE) and India on February 19-21***As of January 1st, 2018, the external public debt of the Republic of Azerbaijan constituted 9,398.3 million US dollars (equivalent 15,978.1 million manat). The Debt to the Gross Domestic Product ratio stands at 22.8 percent (based on 2017 GDP of AZN 70,135.1 mln)******

Gürcüstanın maliyyə naziri Azərbaycan Maliyyə Nazirliyində olub

Gürcüstanın maliyyə naziri Azərbaycan Maliyyə Nazirliyində olub

22.12.2017

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov dekabrın 22-də Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Samir Şərifov Mamuka Baxtadzeni maliyyə naziri təyin olunması münasibətilə təbrik edərək yeni vəzifədə ilk rəsmi səfərini Azərbaycana etməsini yüksək qiymətləndirib və bunun iki ölkə arasında mövcud olan yüksəksəviyyəli siyasi və iqtisadi əlaqələrin bariz nümunəsi olduğunu vurğulayıb.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verən S.Şərifov bildirib ki, hazırda Azərbaycan yeni iqtisadi modelə keçid mərhələsindədir. Həyata keçirilmiş bir sıra fiskal, monetar və institusional islahat tədbirləri nəticəsində makroiqtisadi göstəricilərdə müsbət meyllər müşahidə olunmaqdadır.
Bəzi statistik rəqəmləri açıqlayan nazir bildirib ki, 2017-ci ilin 11 ayının göstəricilərinə əsasən Azərbaycan və Gürcüstanın ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% artaraq 493,2 mln. ABŞ dolları olub. Bundan başqa, cari ilin 9 ayının göstəricilərinə əsasən, Azərbaycan Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcminə görə birinci sıradadır.
Ölkəsinin vacib tərəfdaşı və əsas investoru kimi Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirən Mamuka Baxtadze Gürcüstanın büdcə-vergi sistemi, qiymətli kağızlar bazarı barədə məlumat verərək iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Görüşdə tranzit imkanları, yeni istismara verilən və Azərbaycan və Gürcüstanın ticarət və investisiya münasibətlərində mühüm yerə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” kimi layihələrin qlobal miqyasda əhəmiyyətindən bəhs olunub, bu tranzit və nəqliyyat xətlərinin iki ölkənin iqtisadi əməkdaşlığı üçün böyük imkanlar yaratdığı vurğulanıb.
Gürcüstanın nümayəndə heyəti Azərbaycan Maliyyə Nazirliyində hazırda tətbiq olunan müasir “bulud” texnologiyaları üzərində qurulmuş büdcə təşkilatlarının resurslarını idarə edən və dövlət müəssisələrinin maliyyə və mühasibatlıq hesabatlarını tərtib edən avtomatlaşdırılmış informasiya sistemi (FARABI) ilə tanış olublar. Bundan əlavə, qeyd olunan sistem ilə inteqrasiya olunmuş və real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi qonaqlarda böyük maraq yaradıb.
Sonra Mamuka Baxtadze Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.